”SALAM HAQQINDA ”

SALAM DOSTLAR BUGUN ISTEDIM KI SALAM NECE DEYERLI KELIME OLDGNU BILESINIZ VE BU HAQQDA ISTEDIM SIZLERLE BOLUSUM UMIDVARAM KIMSE BLOGUMA DAXIL OLSA ILK ONCE SALAM HAQQINDA MELUMATI OXUYCAQDIR.

salam

Salam”kəlməsinin savabı haqqında….
Salam! Hər gün ən azı,10 dəfə işlətdiyimiz bu sözün nə qədər əhəmiyyətli olduğunu təsəvvür edə bilməzsiniz.Zahirən çox kiçik olan bu kəlmənin necə böyük işlər etməyə qadir olduğunu bilsəniz,salam verməkdən nəinki boyun qaçıracaqsınız,hətta sevimli Peyğəmbərimiz Həzrət Məhəmmədin(s.ə.s)bəzi səhabələri kimi qəsdən evdən çıxacaqsınız ki,rastlaşdığın insanlara gözəl salam verəsən!..
“Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya(eynilə sahibinə)qaytarın!Şübhəsiz,Allah hər şeyi hesaba alandır”(surə 4,ayə 86)
“Ey iman gətirənlər!Başqalarının evlərinə sahiblərindən icazə və onlara salam vermədən girməyin.Bu sizin üçün daha yaxşıdır.”(surə 24,ayə 27)
“Salam” o qədər dəyərli kəlmədir ki,Allah öz sadiq bəndələrini də Axirətdə”salam”la salamlayacaq:”İman gətirib yaxşı işlər görənlər isə(ağacları)altından çaylar axan cənnətlərə daxil ediləcəklər…Onların orada bir-birinə(yaxud Allahın,mələklərin onlara)günaydınlıq verməsi”Salam!”(demək)olacaqdır!”(surə 14,ayə23)
Salamlaşma mələklərə xas birxüsusiyyətdir:”Həqiqətən,elçilərimiz(mələklər)İbrahimə müjdə gətirib”Salam!”-dedilər.(İbrahim də”Salam!”-deyə cavab verdi…”(surə 11,ayə 69)
Adətən,bizdən kiməsə salam göndərməyimizi xahiş edirlər.Ancaq bunu əhəmiyyətsiz saydığımzdan ya unuduruq,ya da yadımıza düşəndə yerinə yetiririk.Salamı vermək savab olduğu kimi salam göndərmək də vacibdir.həmçinin salama yazılı şəkildə də cavab vermək vacibdir.Məsələn internet vasitəsilə yazışdığında və ya məktub göndərəndə.
Hətta bəzi hədislərdə qeyd olunur ki,evə daxil olan heç kim olmasa belə salam vermək gözəldir.Çünki bu zaman insan mələklərlə salamlaşmış olur.onu da qeyd etmək lazımdır ki,bəzi hallarda salam verməmək də olar.məsələn,kimsə Qurani-Kərim oxuyursa və ya dinləyirsə,azan oxuyursa,bu vaxt ona salam verməmək də olar.Salamı salamla və ya daha gözəl şəkildə cavablandırmaq insana Cənnət sakinlərindən biri olmağa qazandıra bilər!
1-Həzrət Peyğəmbər(s)
“Salam vermək müstəhəbdi,cavab qaytarmaq isə vacibdir”
2-Həzrəti Peyğəmbər(s)
“Salamsız söhbət edənin sözünə cavab vermə.Sözünüzü salamla başlayın.Hər kim sizinlə salamsız söhbətə başlasa,ona cavab verməyin”
3-Həzrəti Peyğəmbər(s)
“Allah və Peyğəmbərinə(s)ən yaxın insan sözünü salamla başlayandır”
4-Həzrəti İmam Baqir(ə)
“Salman(r)dəfələrlə deyərdi:Allahın salamını aşkar verin .Cünki Allahın salamı zalımıara yetişməz

5-İmam Baqir(ə)
“Həqiqətən Allah-taala salamı aciq-askar tələffüz etməti sevir”
6-İmam Sadiq(ə)
“Əssəlamu əleykum!”-deyən şəxs on savab qazanar.”Əssəlamu əleykum və rəhmətullah!”-deyən iyirmi savab əldə edir.”Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh!”-deyən şəxs isə otuz savab qazanır
7-İmam Sadiq(ə)
“Üc qurupa salam verməyin:cənazənin arxasinca hərəkət edənə;cümə namazına gedənə;hamamda olana”

8-İmam Sadiq(ə)
“Rastlaşdığın hər adama salam vermək təvazökarliqdandir”
9-Allah rəsulu(s)
“Bir kafir sizə salam verərsə,cavabında deyin ki,əleykum”
10-İmam Sadiq(ə)
“… Ayaq üstə duran,oturana salam verməlidir”

elnurordubadli tərəfindən

BİLMƏLİYİK

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Azərbaycan Respublikasında Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Demokratik Cümhuriyyətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Demokratik Cümhuriyyətin süqutundan və Sovet Hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina edilmişdir. Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Resbublikası Ali Məclisinin qərarı ilə Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsadət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxmış və bu bayrağın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. RƏMZİ MƏNASI Göy rəng – türklük; Qırmızı rəng – müasirlik və demokratiya; Yaşıl rəng – islam; Aypara və ulduz – aya və günəşə işarə olub, əbədilik, dünyəvilik rəmzidir. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT GERBİAzərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan Dövlətinin müstəqilliyi rəmzidir. Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Azərbaycan Demokratik Cümhuriyyəti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin il mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarmışdır. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Demokratik Cümhuriyyətinin süqut etməsi nəticəsində gerb qəbul edilməmişdir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Dövlət gerbi ilə bağlı yeni müsabiqə elan etmişdir. 1993-cü il fevral ayının 23-də Azərbaycan Respublikasının Milli Məclisi Dövlət gerbi haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəgləri fonunda səkkizguşəli ilduz, ulduzun mərkəzində alov təsviri vardır. Azərbaycan Respublikasının Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır. RƏMZİ MƏNASI Qalxan – müdafiə; Üçrəngli dairəvi xətlər – bayraq; Dairəvi xətlərin üstündəki səkkizguşəli ulduz – günəş; Səkkizguşəli ulduzun ortasındakı alov dilləri – Odlar Yurdu; Sünbüllər – bolluq; Palıd budaqları – uzunömürlülük rəmzidir. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ Musiqisi: Üzeyir Hacıbəyovun, Mətni: Əhməd Cavadındır. Azərbaycan! Azərbaycan! Ey qəhrəman övladın şanlı Vətəni! Səndən ötrü can verməyə cümlə hazırız! Səndən ötrü qan tökməyə cümlə qadiriz! Üçrəngli bayrağınla məsud yaşa! Minlərlə can qurban oldu! Sinən hərbə meydan oldu! Hüququndan keçən əsgər, Hərə bir qəhrəman oldu! Sən olasan gülüstan, Sənə hər an can qurban! Sənə min bir məhəbbət, Sinəmdə tutmuş məkan! Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə, Cümlə gənclər müştaqdır! Şanlı Vətən! Şanlı Vətən! Azərbaycan! Azərbaycan!

elnurordubadli tərəfindən

1918 mart soyqirimi ve qarabag muharibesi.

1918-ci ilin Mart soyqırımı1917-ci ildə Rusiyada baş verən oktyabr çevrilişi bütünlüklə Qafqaz regionunda siyasi prosesləri gərginləşdirmişdi. Çar Rusiyasının süqutu bir sıra millətlərin dövlət yaratmaq istəyinə açılan qapı idi. Ermənilərin “daşnaksütun” partiyası isə yaranmış siyasi vəziyyətdən “Böyük Ermənistan” (Qara dənizdən Xəzər dənizinə qədər Ermənistan Respublikası yaratmaq) arzularını gerçəkləşdirmək üçün istifadə etməyə başlayıb. Bu məqsədlə də ermənilər 1918-ci ilin 31 martında Azərbaycanda soyqırım törədiblər. Azərbaycan Xalq Cümhuriyyəti (1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika – Azərbaycan Cümhuriyyəti yaradılmışdı. Bu parlamentli respublika cəmi iki il mövcud oldu. Azərbaycan Cümhuriyyəti 1920-ci il aprelin 27-də Sovet Rusiyası tərəfindən işğal olunaraq SSRİ-nin tərkibinə qatılıb) fövqəladə istintaq komissiyasının materiallarına görə, qırğını törədən bolşevik ordusunun 80 faizi ermənilərin “daşnaksütun” partiyasının üzvlərindən təşkil olunub. Bundan başqa, istintaq materiallarında ermənilər tərəfindən törədilən qırğın nəticəsində 50 mindən artıq azərbaycanlının öldürüldüyü bildirilir. Faciə nəticəsində onlarca ailə tamamilə məhv edilib. Sovet hakimiyyəti dövründə uzun illər bu qətliamın üstündən sükutla keçilsə də, Azərbaycan müstəqillik qazandıqdan sonra, bu hadisələr öz qiymətini alıb. 1998-ci ildən etibarən, Heydər Əliyevin fərmanı ilə Azərbaycan xalqı 31 Martı azərbaycanlıların soyqırım günü kimi qeyd edir.

Qarabağ müharibəsiHələ SSRİ dövründə Azərbaycanın Dağlı Qarabağ bölgəsində yaşayan ermənilər Ermənistan Respublikası tərəfindən provokasiya edilmişdi. Yerli azərbaycanlılara nisbətən çox az olan ermənilərin müstəqillik tələbləri 1989-cu ildən bəri silahlı münaqişəyə səbəb oldu. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə bu münaqişə iki ölkə arasında müharibəyə çevrildi. Hal-hazırda Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik 7 rayonu Ermənistanın işğalı altındadır. İşğal altında olan ərazi Azərbaycanın ümumi ərazisinin 20%-ni təşkil edir. Silahlı münaqişə nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlardan 1 000 000-a yaxın azərbaycanlı əhali öz yaşayış yerlərini tərk edib, 24 000-dən çox insan həlak olub, 50 000 nəfər yaralanıb və ya şikəst olub. Hazırda erməni tərəfin müntəzəm olaraq atəşkəsi pozması nəticəsində 10 000-dən çox azərbaycanlı həlak olub. Qeyd edək ki, XVIII əsrdə Azərbaycanda müstəqil xanlıqlar mövcud olub. Azərbaycan ərazisi Çar Rusiyası tərəfindən XIX əsrdə işğal olunduqdan sonra, Qarabağ xanlığı da ləğv olunub. Bundan sonra Rusiya hokuməti Türkiyədən və İrandan 1 milyondan çox ermənini Azərbaycan ərazisinə, əsasən də Qarabağ bölgəsinə köçürüb. 1923-cü ildə SSRİ tərəfindən zorla Dağlıq Qarabağ Muxtar Vilayəti qurulub. 1989-cu ildə Azərbaycan Ali Sovetinin qərarı ilə muxtariyyət ləğv olunub. 1991-ci ildə Dağlıq Qarabağdakı separatçı ermənilər müstəqillik elan ediblər. Heç bir beynəlxalq qanuna uyğun gəlməyən bu “müstəqillik” indiyə kimi haqlı olaraq heç bir ölkə tərəfindən tanınmayıb. İşğal olunmuş ərazilərdə olan tarixi abidələr dağıdılıb, ərazidə olan təbii sərvətlər, xüsusilə qızıl yataqları separatçı rejim tərəfindən qanunsuz olaraq istismar olunur. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir. Cəbhə bölgəsində yerləşən Azərbaycan kəndləri daim atəşə tutulur.Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı dəstələri Xankəndidə yerləşdirilmiş Rusiyaya aid 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edib. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağırzirehli texnikadan şiddətli atəşə tutulmağa başlayıb. Nəticədə, şəhərdə yanğınlar baş verib və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova bürünüb. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalan, təqribən, 2500 nəfər əhali yaxınlıqda, azərbaycanlılar məskunlaşan Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olublar. Ancaq bu niyyət baş tutmayıb. Xocalıda XX əsrin ən böyük faciələrindən biri baş verir. Əsas tərkibi milliyyətcə erməni olan həmin alay yerli əhalini amansızcasına qətlə yetirib, qadınları və az yaşlı uşaqları öldürüb. Bu faktlar mərhum telerepartyor Çingiz Mustafayevin çəkdiyi lentlərlə, sənəd və fotoşəkillərlə bir daha sübut olunub. Xocalı soyqırımı nəticəsində 613 nəfər həlak olub:uşaqlar – 63 nəfər;qadınlar – 106 nəfər;qocalar – 70 nəfər;8 ailə tamamilə məhv edilib;25 uşaq hər iki valideynini itirib;130 uşaq valideynlərindən birini itirib;487 nəfər yaralanıb, onlardan:uşaqlar – 76 nəfər;1275 nəfər əsir götürülüb;150 nəfər itkin düşüb.Dövletin ve əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd rubl dəyərində ziyan vurulub:Bu rəqəmlər Ermənistanın Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan münaqişəsinin ən dəhşətli, qanlı faciəsidir. Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı “Xocalı soyqırımı günü” elan edib. Hər il fevralın 26-da saat 17:00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.

elnurordubadli tərəfindən